Musabəy Babayev bakalavr təhsilini 2021-ci ilin oktyabrından 2025-ci ilin iyulunadək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət və ictimaiyyətlə əlaqələr" ixtisası üzrə almışdır. Hazırda Lüneburq Leuphana Universitetində "İctimai əlaqələr və demokratiya" ixtisası üzrə magistratura təhsili alır. O, eyni zamanda sözügedən universitetin Tələbə Seçki Komissiyasının (Wahlausschuss) həqiqi üzvüdür. Musabəy Babayev, həmçinin 2025-ci ilin yanvar ayından etibarən "Strategic Discourse" Tələbə Diplomatiyası Mərkəzinin İcraçı direktoru vəzifəsini icra edir.
Peşəkar fəaliyyətinə 2022-ci ilin may-avqust aylarında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin tənzimlənməsi baş idarəsində təcrübə keçməklə başlamışdır. Buna paralel olaraq, 2022-ci ilin may-oktyabr aylarında "Miqrasiya Könüllüsü" İctimai Birliyində Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. Daha sonra, 2025-ci ilin iyun və iyul aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların Qəbulu Mərkəzində təcrübəçi olmuşdur.
Bakalavr təhsili dövründə universitet rəhbərliyində və tələbə həyatında fəal iştirak edən M. Babayev, 2022-ci ilin oktyabrından 2025-ci ilin mayınadək Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının (TGT) Sədr müavini vəzifəsini tutmuşdur. Bu fəaliyyəti ilə yanaşı, o, 2023-cü ilin oktyabrından 2025-ci ilin noyabrınadək həmin Akademiyada Təşkilati məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə müşavirin köməkçisi vəzifəsində çalışmışdır.
Raul Babayev Dəvət olunan ekspert
Raul Babayev bakalavr təhsili Bakı Dövlət Universitetində Dövlət və İctimai münasibətlər ixtisası üzrə alıb. Hazirda Almaniyada, Trier Universitetində Beynəlxalq İqtisadiyyat və İctimai Siyasət ixtisası üzrə magistratura təhsili alır. O, pəşəkar fəaliyyətinə 2023-cü ildə başlayaraq iyun-sentyabr aylarında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında könüllü proqramında iştirak edib. Bu proqram çərçivəsində 98/100 bal toplayıb. 2024-cü ildə aprel-iyun aylarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində könüllü proqramında iştirak edib və burada da 98/100 bal qazanmaqı başaramışdır. 2025-ci ilin may-iyun aylarında Azərbaycan Respublikasının Milli Məclisi Aparatında təcrübəçi kimi fəaliyyət göstərmişdir.
Hal hazırda "Strategic Discourse" tələbə diplomatiya mərkəzində Dəvət olunan ekspert vəzifəsini icra edir
Detallar →
İslam Rəhimov Mətbuat katibi
İslam Rəhimov bakalavr təhsilini 2021–2025-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" fakültəsində, "Dövlət və ictimai münasibətlər" ixtisası üzrə almış və həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir. 2025-ci ildən Bakı Dövlət Universitetində "İctimai siyasət" ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirir. İslam Rəhimov, həmçinin "Strategic Discourse" Tələbə Diplomatiyası Mərkəzinin mətbuat katibi vəzifəsini icra edir.
Peşəkar fəaliyyəti çərçivəsində o, Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu, hərbi və inzibati qanunvericilik şöbəsində istehsalat təcrübəsi keçmiş, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya, Cənubi Qafqaz və Şərqi Avropa idarəsində stajçı kimi zəngin təcrübə qazanmışdır.
Bakalavr təhsili dövründə universitet rəhbərliyində, ictimai və tələbə həyatında fəal iştirak edən İ. Rəhimov, Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının (TGT) Siyasi idarəetmə fakültəsi üzrə sədri və Psixologiya Klubunun sədr müavini vəzifələrini tutmuşdur. Çoxşaxəli diplomatik konfransların, Bakı Təşəbbüs Qrupunun beynəlxalq tədbirlərinin və müxtəlif regional analitik simulyasiyaların aktiv iştirakçısıdır.
Detallar →
Mehriban Çərkəzli Baş məsləhətçi
Mehriban Çərkəzli 2023-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Davamlı inkişaf ixtisası üzrə bakalavr təhsili alır. Təhsil müddəti ərzində ictimai fəaliyyət və təşkilati proseslərdə fəal iştirak etmiş, akademiya daxilində aktiv mövqe nümayiş etdirmişdir. 2023–2025-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının üzvü olmuş, həmçinin İnzibati idarəetmə fakültəsi üzrə sədr müavini vəzifəsini yerinə yetirmişdir. Bununla yanaşı, 2024-cü ildə Milli Olimpiya Komitəsində könüllü fəaliyyətdə iştirak etmişdir.
Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında rektorun ictimai əlaqələr üzrə müşavirinin köməkçisi vəzifəsində fəaliyyətini davam etdirir. Həmçinin, Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasında təcrübə proqramında iştirak edərək ixtisas sahəsi üzrə nəzəri biliklərini praktiki fəaliyyətlə daha da inkişaf etdirməkdədir.
Mehriban Çərkəzli 2025-ci ildən etibarən "Strategic Discourse" Tələbə Diplomatiya Mərkəzində baş məsləhətçi vəzifəsini icra edir.
Anar Hüseynov Baş məsləhətçi
Anar Hüseynov bakalavr təhsilinə 2024-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət Və Bələdiyyə İdarəetmə ixtisası üzrə başlayıb və hazırda həmin akademiyanın 2-ci kurs tələbəsidir. 2025-ci il noyabrın 17-dən 2026-cı il mart ayının 19-adək Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların Qəbulu Mərkəzində könüllü fəaliyyəti göstərib.Universitet həyatında da aktiv iştirak edən Anar Hüseynov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2025-ci ilin sentyabr ayından 2026-cı ilin mart ayınadək Baş Katibin müavini vəzifəsini icra edib. Bu fəaliyyətinə paralel olaraq, 2025-ci ilin noyabr ayından 2026-cı ilin fevral ayına kimi Müasir İdarəçilər Klubunun sədri olub. Anar Hüseynov hazırda "Strateji düşüncə" tələbə diplomatiyası mərkəzinin Baş məsləhətçisi vəzifəsini icra edir.
Əkbər Əliyev Baş məsləhətçi
Əkbər Əliyev bakalavr təhsilinə 2024-cü ilin sentyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Beynəlxalq münasibətlər” ixtisası üzrə başlayıb və hazırda həmin akademiyanın 2-ci kurs tələbəsidir. O, 2024–2025-ci illərdə Dövlət İmtahan Mərkəzində könüllü kimi fəaliyyət göstərib. Akademiya həyatında da aktiv iştirak edən Əkbər Əliyev hazırda DİA Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “Political Scientists” klubunun sədridir. Əkbər Əliyev 2025-ci ilin avqust ayından etibarən “Strateji Düşüncə” tələbə diplomatiyası mərkəzində fəaliyyət göstərir və hazırda mərkəzin baş məsləhətçisi vəzifəsini icra edir.
Detallar →
Mövlan Hüseynov Baş məsləhətçi
Mövlan Hüseynov 2024-cü ilin sentyabr ayından etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr təhsili alır və hazırda 2-ci kurs tələbəsidir. Akademik fəaliyyəti ilə yanaşı, o, ictimai sahədə və beynəlxalq layihələrdə də yaxından iştirak edir.
Peşəkar fəaliyyətinə 2024-cü ildə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasında (İCMA) könüllü olaraq başlayan M.Hüseynov, hazırda burada Könüllülərin Koordinatoru vəzifəsini icra edir. O, paralel olaraq "Yüksəliş" müsabiqəsi (V), Dövlət İmtahan Mərkəzi (DİM), Regional İnkişaf İctimai Birliyi (RİİB) və World Urban Forum 13-cü sessiyasının (WUF 13) könüllülük proqramlarında da uğurla fəaliyyət göstərmişdir. Universitetdaxili təşəbbüslərdə də fərqlənən M.Hüseynov, 2025-ci ilin sentyabr ayından Strateji Düşüncə və Tələbə Diplomatiyası (SDTD) üzrə baş məsləhətçi, həmin ilin noyabr ayından etibarən isə UNEC Diplomatiya Təşkilatının sədridir.
Detallar →
Ləman Bakuvi Baş mütəxəssis
Ləman Bakuvi Azərbaycandan olan Gənc Avropa Səfiri və ICESCO-nun Gənclər üzrə Sülh Səfiridir. O, diplomatiya, xarici siyasət təhlili və beynəlxalq əməkdaşlıq sahələrində fəal fəaliyyət göstərən gənc diplomat və siyasi tədqiqatçıdır. Hazırda strateji siyasət araşdırmaları və diplomatik tədqiqatlar istiqamətində fəaliyyət göstərən Strateji Düşüncə Diplomatiya Mərkəzində baş mütəxəssis vəzifəsində çalışır.
Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil almış Ləman Bakuvi, diplomatiya və xarici siyasət sahəsində güclü akademik bazaya və zəngin praktik təcrübəyə malikdir. Fəaliyyəti dövründə bir sıra beynəlxalq diplomatik konfrans və forumlarda spiker, həmçinin panel iştirakçısı olmuş; xarici siyasət, beynəlxalq münasibətlər, diplomatiya və davamlı inkişaf mövzularında müzakirələr aparmışdır. Onun beynəlxalq miqyaslı fəaliyyəti Cənubi Qafqaz, Mərkəzi Asiya, Avropa və Yaxın Şərq regionlarında keçirilən tədbirləri əhatə edir.
O, həmçinin Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən təşkil olunmuş Beynəlxalq Münasibətlər Akademiyasının məzunudur. Ləman Bakuvi 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29-da və 2026-cı ildə baş tutan 13-cü Ümumdünya Şəhərsalma Forumunda (World Urban Forum) Azərbaycanı panel spikeri qismində təmsil edərək qlobal çağırışlar, davamlılıq və beynəlxalq əməkdaşlıq mövzularındakı müzakirələrə öz töhfəsini vermişdir.
Fatimə Əhmədova Məsləhətçi
Fatimə Əhmədova 2023-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr təhsili alır və hazırda 3-cü kurs tələbəsidir. Xarici siyasət və diplomatiya sahəsinə xüsusi maraq göstərən Fatimə, Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyində təcrübə keçərək diplomatik protokol, beynəlxalq əməkdaşlıq və səfirlik fəaliyyətinin praktiki aspektləri ilə yaxından tanış olmuşdur
Detallar →
Qədim Qazıxanov Məsləhətçi
Qədim Qazıxanov 2023-cü ilin sentyabr ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr təhsili alır və hazırda 3-cü kurs tələbəsidir.
İctimai fəaliyyətinə "Regional İnkişaf" İctimai Birliyində (RİİB) könüllü olaraq başlayıb. "Bizim Gənclik" İctimai Birliyinin Layihələrin idarə edilməsi departamentində idarə heyətinin üzvü, Gənclərin İnkişaf və Karyera Mərkəzində isə təcrübəçi kimi fəaliyyət göstərib. Həmçinin "İdman Könüllüləri və Azarkeşləri", "Gənc Könüllülər" və IDEA İctimai birliklərində könüllü fəaliyyətlə məşğul olub.
O, "Bakı Marafonu 2025" və "Formula 1 2024 Azərbaycan Qran-pri" yarışlarında könüllü kimi iştirak edib. COP29 qlobal iqlim sammiti çərçivəsində tədbirin rəsmi tərəfdaşı olan Böyük Britaniyanın "Extreme Hangout" şirkətində təşkilatçılıq fəaliyyəti göstərib, həmçinin Gənclərin Beynəlxalq Konfransında (COY19) nümayəndə (deleqat) kimi təmsil olunub. Bununla yanaşı, BMT-nin gender bərabərliyi hərəkatı olan "HeForShe Azerbaijan" işçi qrupunun üzvü, MDB dövlətləri arasında keçirilən beynəlxalq seçki olimpiadasının iştirakçısı və BMT-nin Ümumidünya Şəhərsalma Forumunun (WUF13) könüllüsü olub.
Q. Qazıxanov bir neçə dəfə BMT Modeli (MUN) simulyasiya konfranslarında deleqat kimi iştirak edib. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşkilatçılığı ilə keçirilən "Beynəlxalq Münasibətlər Akademiyası 2024" proqramının, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı, "bp Azerbaijan" şirkətinin dəstəyi ilə həyata keçirilən "ASAN Akademiya 2024" layihəsinin məzunudur. Qoşulmama Hərəkatı Gənclər Təşkilatının aktiv üzvü olan Qədim Qazıxanov, hazırda "Strateji Düşüncə" Tələbə Diplomatiya Mərkəzində məsləhətçi kimi fəaliyyətini davam etdirir.
Universitetdaxili fəaliyyəti çərçivəsində Tələbə Gənclər Təşkilatının (TGT) nəzdindəki "Diplomatiya və Araşdırmalar" klubunun Layihələr departamentinin sədri olub. Hazırda "İntellektual Oyunlar" klubunun sədri və universitetin "Enactus" komandasının üzvüdür.