SD Center

SD CENTER

Tələbə Diplomatiya Mərkəzi

SDTD Talks & Seminars

Tədbirlər

Aparıcı ekspertlər, siyasətçilər və akademiklərin iştirakı ilə qlobal məsələlərin müzakirəsi.

Arxiv tədbirlər

9
Strateji Düşüncə Tələbə Diplomatiya Mərkəzinin nümayəndəsi Bakı və İstanbulda keçirilən beynəlxalq platformalarda çıxış etmişdirWORKSHOPKeçmiş

Strateji Düşüncə Tələbə Diplomatiya Mərkəzinin nümayəndəsi Bakı və İstanbulda keçirilən beynəlxalq platformalarda çıxış etmişdir

Strateji Düşüncə Tələbə Diplomatiya Mərkəzinin baş məsləhətçisi Ləman Bakuvi Bakı və İstanbul şəhərlərində təşkil olunmuş nüfuzlu beynəlxalq proqram və konfranslarda qurumu uğurla təmsil etmişdir. Bakı şəhərində Türkiyə Respublikası Xarici İşlər Nazirliyi və Türkiyə Milli Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan "Geleceğin Yetkin Gençleri" Erasmus+ proqramı çərçivəsində təlimçi qismində iştirak edən mərkəz nümayəndəsi, 18-25 yaş qrupunu əhatə edən gənclər üçün "Gənclərin Liderlik bacarıqlarının artırılması üçün müasir perspektivlər" mövzusunda sessiya keçirmişdir. Liderlik keyfiyyətləri, fərdi inkişaf və komanda quruculuğu istiqamətində funksional (soft skills) bacarıqların artırılmasının hədəfləndiyi sözügedən sessiya interaktiv diskussiya, praktiki komanda oyunları və sual-cavab paneli formatında idarə olunmuşdur. Qurum təmsilçisi, həmçinin İstanbul şəhərində baş tutan, siyasi liderlik, gənclər siyasəti, diplomatiya və iqlim dəyişiklikləri kimi qlobal xarakterli mövzuların müzakirə edildiyi "Future Leaders Assembly'26" konfransının işinə qatılmışdır. Konfransın panel müzakirələrində spiker qismində çıxış edərək, birinci iş günündə "Gənclərin diplomatiyadakı rolu və liderliyin formalaşması”, növbəti iş günündə isə "Rəqəmsal Diplomatiya və Süni İntellektin Beynəlxalq Münasibətlərə Təsiri” mövzularında məruzələrini təqdim etmiş və müasir diplomatiya trendləri barədə mərkəzin analitik mövqeyini diqqətə çatdırmışdır.

29 iyun 2026
LATAM Konfransı çərçivəsində Meksikanın Almaniyadakı səfirliyində Latın Amerikası–Almaniya münasibətlərinə həsr olunmuş  diplomatik müzakirə keçirilibKonfransKeçmiş

LATAM Konfransı çərçivəsində Meksikanın Almaniyadakı səfirliyində Latın Amerikası–Almaniya münasibətlərinə həsr olunmuş diplomatik müzakirə keçirilib

Tədbir beynəlxalq əməkdaşlıq, regional perspektivlər və Latın Amerikası ilə Almaniya arasındakı münasibətlərin gələcəyi mövzularına həsr olunub. Müzakirədə Almaniyada akkreditə olunmuş bir sıra Latın Amerikası ölkələrinin səfirləri iştirak ediblər. Diplomatlar iki region arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi tərəfdaşlıq imkanları, diplomatik əlaqələrin inkişafı və regional əməkdaşlığın gələcək istiqamətləri barədə geniş fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin "Strategic Discourse" Tələbə Diplomatiya Mərkəzinin direktoru Musabəy Babayev də iştirak edib.

06 iyun 2026
 "Şəhərsalma və inkişaf proseslərində gənclərin rolunun gücləndirilməsi” və "Dayanıqlı şəhərsalma siyasəti, qərar qəbulu və icraçılıqda gənclərin fəal iştirakçılığı" KonfransKeçmiş

"Şəhərsalma və inkişaf proseslərində gənclərin rolunun gücləndirilməsi” və "Dayanıqlı şəhərsalma siyasəti, qərar qəbulu və icraçılıqda gənclərin fəal iştirakçılığı"

17–22 may 2026-cı il tarixlərində Bakıda 13-cü Ümumdünya Şəhərsalma Forumu keçirilib. Forum çərçivəsində şəhərsalma, iqlim və urbanizasiya mövzularında beynəlxalq səviyyəli görüşlər, panel müzakirələri və dəyirmi masalar baş tutub. Strateji Düşüncə Tələbə Diplomatiya Mərkəzinin baş məsləhətçisi Ləman Bakuvi sözügedən forumda iştirak edərək "Şəhərsalma və inkişaf proseslərində gənclərin rolunun gücləndirilməsi” və "Dayanıqlı şəhərsalma siyasəti, qərar qəbulu və icraçılıqda gənclərin fəal iştirakçılığı" mövzularında çıxış edib.

22 may 2026
“Şəhərlərin davamlı inkişafına dair inklüziv və rəqəmsal su idarəçiliyi siyasəti”KonfransKeçmiş

“Şəhərlərin davamlı inkişafına dair inklüziv və rəqəmsal su idarəçiliyi siyasəti”

“Şəhərlərin davamlı inkişafına dair inklüziv və rəqəmsal su idarəçiliyi siyasəti” mövzusunda müzakirə keçirilib. 2026-cı il mayın 18-də “WUF13 Urban Expo”da QHT Agentliyinin pavilyonunda “Bakı Politoloqlar Klubu” “Şəhərlərin davamlı inkişafına dair inklüziv və rəqəmsal su idarəçiliyi siyasəti” mövzusunda tədbir keçirib. Davamlı inkişaf üzrə tədqiqatçı-alim Элшан Ахмадов müasir dövrdə inklüziv və rəqəmsal yanaşmaların şəhərlərin inkişafı, ekoloji dayanıqlılığın gücləndirilməsi və su idarəçiliyinin təkmilləşdirilməsi sahəsinə gətirdiyi üstünlüklər barədə təqdimatla çıxış edib, beynəlxalq təcrübədən nümunələr təqdim olunub.

18 may 2026