Strateji Düşüncə Tələbə Diplomatiya Mərkəzinin nümayəndəsi Bakı və İstanbulda keçirilən beynəlxalq platformalarda çıxış etmişdir

Şəkillər
4Strateji Düşüncə Tələbə Diplomatiya Mərkəzinin baş məsləhətçisi Ləman Bakuvi Bakı və İstanbul şəhərlərində təşkil olunmuş nüfuzlu beynəlxalq proqram və konfranslarda qurumu uğurla təmsil etmişdir.
Bakı şəhərində Türkiyə Respublikası Xarici İşlər Nazirliyi və Türkiyə Milli Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan "Geleceğin Yetkin Gençleri" Erasmus+ proqramı çərçivəsində təlimçi qismində iştirak edən mərkəz nümayəndəsi, 18-25 yaş qrupunu əhatə edən gənclər üçün "Gənclərin Liderlik bacarıqlarının artırılması üçün müasir perspektivlər" mövzusunda sessiya keçirmişdir. Liderlik keyfiyyətləri, fərdi inkişaf və komanda quruculuğu istiqamətində funksional (soft skills) bacarıqların artırılmasının hədəfləndiyi sözügedən sessiya interaktiv diskussiya, praktiki komanda oyunları və sual-cavab paneli formatında idarə olunmuşdur.
Qurum təmsilçisi, həmçinin İstanbul şəhərində baş tutan, siyasi liderlik, gənclər siyasəti, diplomatiya və iqlim dəyişiklikləri kimi qlobal xarakterli mövzuların müzakirə edildiyi "Future Leaders Assembly'26" konfransının işinə qatılmışdır. Konfransın panel müzakirələrində spiker qismində çıxış edərək, birinci iş günündə "Gənclərin diplomatiyadakı rolu və liderliyin formalaşması”, növbəti iş günündə isə "Rəqəmsal Diplomatiya və Süni İntellektin Beynəlxalq Münasibətlərə Təsiri” mövzularında məruzələrini təqdim etmiş və müasir diplomatiya trendləri barədə mərkəzin analitik mövqeyini diqqətə çatdırmışdır.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk siz yazın!
Əlaqəli paylaşımlar

LATAM Konfransı çərçivəsində Meksikanın Almaniyadakı səfirliyində Latın Amerikası–Almaniya münasibətlərinə həsr olunmuş diplomatik müzakirə keçirilib.

“Braziliya: geosiyasi qeyri-müəyyənlik dövründə Almaniya üçün strateji tərəfdaşlıq”

“Cənubi Qafqazda sülhün sabahı”
