SD Center

SD CENTER

Tələbə Diplomatiya Mərkəzi

TədbirlərKonfrans

“Suriyada təhlükəsizlik: Ümummilli sabitləşmə, yoxsa zorakılığın daha da artması?”

30 mart 2026/14:30
“Suriyada təhlükəsizlik: Ümummilli sabitləşmə, yoxsa zorakılığın daha da artması?”

Şəkillər

2
Martın 26-da Qlobal və Regional Araşdırmalar üzrə Almaniya İnstitutunun (GIGA – German Institute for Global and Area Studies) Berlindəki ofisində “Suriyada təhlükəsizlik: Ümummilli sabitləşmə, yoxsa zorakılığın daha da artması?” (Security in Syria: Nationwide stabilization or further escalation of violence?) adlı konfrans keçirilmişdir. Məruzəçilər: Dr. Muriel Asseburg: Berlindəki Elm və Siyasət Fondunun (SWP) baş elmi işçisidir. O, İsrail-Fələstin münaqişəsi, Suriya və Avropanın Yaxın Şərq siyasəti üzrə tədqiqatlar aparır. Dr. André Bank: Hamburqdakı GIGA Yaxın Şərq Araşdırmaları İnstitutunun baş elmi işçisidir. O, avtoritarizm və münaqişə dinamikası, əsasən də Suriya üzrə tədqiqatlar aparır. Farhad Ahma: Suriyanın siyasi, sosial və iqtisadi həyatında müxtəlif ictimai qrupların, xüsusilə də gənclərin və qadınların rolunu gücləndirmək məqsədi daşıyan "PÊL-Civil Waves" qeyri-hökumət təşkilatının rəhbəridir. Moderator (Aparıcı): Dr. Christiane Fröhlich: GIGA Yaxın Şərq Araşdırmaları İnstitutunun aparıcı elmi işçisi və GIGA-da “Sülh və Təhlükəsizlik” tədqiqat istiqamətinin rəhbəridir. Konfransda, həmçinin “Strateji Düşüncə” Tələbə Diplomatiyası Mərkəzinin İdarə Heyətinin sədri Musabəy Babayev də iştirak etmişdir