SD Center

SD CENTER

Tələbə Diplomatiya Mərkəzi

TədbirlərKonfrans

LATAM Konfransı çərçivəsində Meksikanın Almaniyadakı səfirliyində Latın Amerikası–Almaniya münasibətlərinə həsr olunmuş diplomatik müzakirə keçirilib

06 iyun 2026/09:49
LATAM Konfransı çərçivəsində Meksikanın Almaniyadakı səfirliyində Latın Amerikası–Almaniya münasibətlərinə həsr olunmuş  diplomatik müzakirə keçirilib

Şəkillər

5
Tədbir beynəlxalq əməkdaşlıq, regional perspektivlər və Latın Amerikası ilə Almaniya arasındakı münasibətlərin gələcəyi mövzularına həsr olunub. Müzakirədə Almaniyada akkreditə olunmuş bir sıra Latın Amerikası ölkələrinin səfirləri iştirak ediblər. Diplomatlar iki region arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi tərəfdaşlıq imkanları, diplomatik əlaqələrin inkişafı və regional əməkdaşlığın gələcək istiqamətləri barədə geniş fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin "Strategic Discourse" Tələbə Diplomatiya Mərkəzinin direktoru Musabəy Babayev də iştirak edib.