SD Center

SD CENTER

Tələbə Diplomatiya Mərkəzi

Ümumi xəbərlər

"Strategic Discourse" Tələbə Diplomatiya Mərkəzinin direktoru Berlində DGAP və GIGA tədbirlərində iştirak edib

76 baxış
Bu dildə oxuyun:ENRU
IMG_0581

Şəkillər

3

30 sentyabr 2026-cı il tarixində Berlində Almaniya Xarici Siyasət Cəmiyyətinin (DGAP) qərargahında “Internationale Politik” jurnalının təşkilatçılığı ilə “Germany Rearmed – Almaniyanın hərbi güc kimi rolu” mövzusunda müzakirə keçirilib. Paneldə Council on Foreign Relations-ın baş elmi işçisi Dr. Liana Fix və Eurasia Group-un Avropa üzrə direktoru Jan Techau çıxış ediblər. Tədbirin moderatoru jurnalın baş redaktoru Martin Bialecki olub.

1 oktyabr tarixində isə GIGA İnstitutunun Berlin ofisində “Africa and the World: Citizens’ Views in an Age of Fragmentation” mövzusunda tədbir təşkil olunub. Afrobarometer-in baş icraçı direktoru Dr. Joseph Asunka 38 ölkəni əhatə edən sorğunun nəticələrini təqdim edib. Hesabata görə, Afrika ictimaiyyəti böyük güclərin rəqabətini “sıfır cəmli oyun” kimi qəbul etmir. Müzakirədə səfir Gesa Bräutigam (Almaniya Xarici İşlər Nazirliyi) və prof. dr. Matthias Basedau (GIGA) çıxış ediblər.

Hər iki tədbirdə "Strategic Discourse" Tələbə Diplomatiya Mərkəzinin icraçı direktoru, DGAP üzvü Musabəy Babayev də iştirak edib.

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk siz yazın!