SD Center

SD CENTER

Tələbə Diplomatiya Mərkəzi

Keçmiş tədbirlər

Arxiv tədbirlər

8 Tədbirlər
LATAM Konfransı çərçivəsində Meksikanın Almaniyadakı səfirliyində Latın Amerikası–Almaniya münasibətlərinə həsr olunmuş  diplomatik müzakirə keçirilibKonfransKeçmiş

LATAM Konfransı çərçivəsində Meksikanın Almaniyadakı səfirliyində Latın Amerikası–Almaniya münasibətlərinə həsr olunmuş diplomatik müzakirə keçirilib

Tədbir beynəlxalq əməkdaşlıq, regional perspektivlər və Latın Amerikası ilə Almaniya arasındakı münasibətlərin gələcəyi mövzularına həsr olunub. Müzakirədə Almaniyada akkreditə olunmuş bir sıra Latın Amerikası ölkələrinin səfirləri iştirak ediblər. Diplomatlar iki region arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi tərəfdaşlıq imkanları, diplomatik əlaqələrin inkişafı və regional əməkdaşlığın gələcək istiqamətləri barədə geniş fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin "Strategic Discourse" Tələbə Diplomatiya Mərkəzinin direktoru Musabəy Babayev də iştirak edib.

06 iyun 2026
 "Şəhərsalma və inkişaf proseslərində gənclərin rolunun gücləndirilməsi” və "Dayanıqlı şəhərsalma siyasəti, qərar qəbulu və icraçılıqda gənclərin fəal iştirakçılığı" KonfransKeçmiş

"Şəhərsalma və inkişaf proseslərində gənclərin rolunun gücləndirilməsi” və "Dayanıqlı şəhərsalma siyasəti, qərar qəbulu və icraçılıqda gənclərin fəal iştirakçılığı"

17–22 may 2026-cı il tarixlərində Bakıda 13-cü Ümumdünya Şəhərsalma Forumu keçirilib. Forum çərçivəsində şəhərsalma, iqlim və urbanizasiya mövzularında beynəlxalq səviyyəli görüşlər, panel müzakirələri və dəyirmi masalar baş tutub. Strateji Düşüncə Tələbə Diplomatiya Mərkəzinin baş məsləhətçisi Ləman Bakuvi sözügedən forumda iştirak edərək "Şəhərsalma və inkişaf proseslərində gənclərin rolunun gücləndirilməsi” və "Dayanıqlı şəhərsalma siyasəti, qərar qəbulu və icraçılıqda gənclərin fəal iştirakçılığı" mövzularında çıxış edib.

22 may 2026
“Şəhərlərin davamlı inkişafına dair inklüziv və rəqəmsal su idarəçiliyi siyasəti”KonfransKeçmiş

“Şəhərlərin davamlı inkişafına dair inklüziv və rəqəmsal su idarəçiliyi siyasəti”

“Şəhərlərin davamlı inkişafına dair inklüziv və rəqəmsal su idarəçiliyi siyasəti” mövzusunda müzakirə keçirilib. 2026-cı il mayın 18-də “WUF13 Urban Expo”da QHT Agentliyinin pavilyonunda “Bakı Politoloqlar Klubu” “Şəhərlərin davamlı inkişafına dair inklüziv və rəqəmsal su idarəçiliyi siyasəti” mövzusunda tədbir keçirib. Davamlı inkişaf üzrə tədqiqatçı-alim Элшан Ахмадов müasir dövrdə inklüziv və rəqəmsal yanaşmaların şəhərlərin inkişafı, ekoloji dayanıqlılığın gücləndirilməsi və su idarəçiliyinin təkmilləşdirilməsi sahəsinə gətirdiyi üstünlüklər barədə təqdimatla çıxış edib, beynəlxalq təcrübədən nümunələr təqdim olunub.

18 may 2026
“Cənubi Qafqazda sülhün sabahı”WORKSHOPKeçmiş

“Cənubi Qafqazda sülhün sabahı”

“Strateji Düşüncə” Tələbə Diplomatiya Mərkəzinin aparıcı məsləhətçisi və UNEC Diplomatiya Təşkilatının sədri Mövlan Hüseynovun təşkilatçılığı, Milli QHT Forumunun rəhbəri Ramil İskəndərlinin iştirakı ilə “Cənubi Qafqazda sülhün sabahı” mövzusunda geniş tərkibli görüş keçirilib.

05 may 2026
“Braziliya: geosiyasi qeyri-müəyyənlik dövründə Almaniya üçün strateji tərəfdaşlıq”KonfransKeçmiş

“Braziliya: geosiyasi qeyri-müəyyənlik dövründə Almaniya üçün strateji tərəfdaşlıq”

“Strateji Düşüncə” Tələbə Diplomatiya Mərkəzinin direktoru Musabəy Babayev Berlindəki Braziliya səfirliyində Qlobal və Regional Araşdırmalar üzrə Almaniya İnstitutunun (GIGA) Latın Amerikası Araşdırmaları İnstitutu ilə birgə təşkil olunan “Braziliya: geosiyasi qeyri-müəyyənlik dövründə Almaniya üçün strateji tərəfdaşlıq” (Brazil: a strategic partnership for Germany in times of geopolitical uncertainty) adlı tədbirdə iştirak edib. Açılış nitqində səfir MERCOSUR-Aİ razılaşmasını, Braziliyanın bu ay tərəfdaş ölkə qismində çıxış edəcəyi Hannover Sənaye Sərgisini (HANNOVER MESSE), eləcə də Braziliyanın yeni sənaye siyasəti vasitəsilə Braziliya və Almaniya arasındakı iqtisadi bir-birini tamamlama potensialından daha çox istifadə etmək fürsətini xüsusi vurğulayıb. O, həmçinin institusional və akademik səviyyədə ikitərəfli əməkdaşlığı qeyd edərək, geosiyasi qeyri-sabitlik dövründə bunun əhəmiyyətini önə çəkib. Səfir və digər iştirakçılar ticarətin diversifikasiyası, davamlılıq, təhlükəsizlik və çoxtərəflilik kimi sahələrdə imkanları və çağırışları müzakirə ediblər. Proqrama həmçinin GIGA Latın Amerikası Araşdırmaları İnstitutunun direktoru, professor, doktor Merike Blofildin çıxışı və iki müzakirə paneli daxil idi. Almaniya Sənayeçiləri İttifaqının (BDI) Latın Amerikası şöbəsinin rəhbəri Uta Knottun moderatorluğu ilə keçirilən birinci panel iki ölkə arasındakı iqtisadi əlaqələrə həsr olunmuşdu. GIGA-nın Berlin ofisinin rəhbəri, professor, doktor Kristian fon Zöstin moderatorluğu ilə keçirilən ikinci panel isə Almaniya-Braziliya münasibətlərinin siyasi kontekstinə diqqət yetirirdi. Müzakirələrdə səfir, Federal İqtisadiyyat və Energetika Nazirliyinin (BMWE) Latın Amerikası şöbəsinin rəhbəri doktor Ursina Krumpholz, London Universitet Kollecinin (UCL) tədqiqatçısı doktor Malu Qatto, eləcə də digər GIGA ekspertləri iştirak ediblər. Qonaqlar arasında inkişaf sahəsində əməkdaşlıq üzrə fondların, akademik qurumların və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, diplomatik korpusun üzvləri və biznes dairələrinin təmsilçiləri var idi.

29 aprel 2026
 "Rəqəmsal diplomatiya və media: Beynəlxalq münasibətlərdə informasiya siyasətinin rolu" KonfransKeçmiş

"Rəqəmsal diplomatiya və media: Beynəlxalq münasibətlərdə informasiya siyasətinin rolu"

"Strateji Düşüncə" Tələbə Diplomatiya Mərkəzinin təşkilatçılığı ilə "AnewZ" xəbər kanalının aparıcısı və televiziya prodüseri Nigar Şirinova ilə "Rəqəmsal diplomatiya və media: Beynəlxalq münasibətlərdə informasiya siyasətinin rolu" mövzusunda görüş baş tutub.

28 aprel 2026
“Suriyada təhlükəsizlik: Ümummilli sabitləşmə, yoxsa zorakılığın daha da artması?”KonfransKeçmiş

“Suriyada təhlükəsizlik: Ümummilli sabitləşmə, yoxsa zorakılığın daha da artması?”

Martın 26-da Qlobal və Regional Araşdırmalar üzrə Almaniya İnstitutunun (GIGA – German Institute for Global and Area Studies) Berlindəki ofisində “Suriyada təhlükəsizlik: Ümummilli sabitləşmə, yoxsa zorakılığın daha da artması?” (Security in Syria: Nationwide stabilization or further escalation of violence?) adlı konfrans keçirilmişdir. Məruzəçilər: Dr. Muriel Asseburg: Berlindəki Elm və Siyasət Fondunun (SWP) baş elmi işçisidir. O, İsrail-Fələstin münaqişəsi, Suriya və Avropanın Yaxın Şərq siyasəti üzrə tədqiqatlar aparır. Dr. André Bank: Hamburqdakı GIGA Yaxın Şərq Araşdırmaları İnstitutunun baş elmi işçisidir. O, avtoritarizm və münaqişə dinamikası, əsasən də Suriya üzrə tədqiqatlar aparır. Farhad Ahma: Suriyanın siyasi, sosial və iqtisadi həyatında müxtəlif ictimai qrupların, xüsusilə də gənclərin və qadınların rolunu gücləndirmək məqsədi daşıyan "PÊL-Civil Waves" qeyri-hökumət təşkilatının rəhbəridir. Moderator (Aparıcı): Dr. Christiane Fröhlich: GIGA Yaxın Şərq Araşdırmaları İnstitutunun aparıcı elmi işçisi və GIGA-da “Sülh və Təhlükəsizlik” tədqiqat istiqamətinin rəhbəridir. Konfransda, həmçinin “Strateji Düşüncə” Tələbə Diplomatiyası Mərkəzinin İdarə Heyətinin sədri Musabəy Babayev də iştirak etmişdir

30 mart 2026
Belendən Bakıya: Qlobal İqlim Diplomatiyası və Davamlı ŞəhərlərKonfransKeçmiş

Belendən Bakıya: Qlobal İqlim Diplomatiyası və Davamlı Şəhərlər

“Strateji Düşüncə” Tələbə Diplomatiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Amin Məmmədovla “Belendən Bakıya: Qlobal İqlim Diplomatiyası və Davamlı Şəhərlər” mövzüsünda görüş baş tutub.

15 mart 2026